Cümə, 10 May

ABŞ BƏƏ-yə "F-35"lərin tədarükünü təxirə saldı - SƏBƏB

image

ABŞ Prezidenti Co Bayden administrasiyası gizli texnologiyaların Çinə ötürülməsi riski yüksək olduğu üçün BƏƏ-yə “F-35″lərin satışı ilə bağlı danışıqları daha sonrakı tarixə təxirə salmaq qərarına gəlib.

Xəbər verilir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, 50-yə qədər “F-35” qırıcısının satışı üzrə danışıqlar Donald Trampın prezidentliyi illərində ABŞ tərəfindən aktiv şəkildə aparılıb. 2020-ci ildə Dövlət Departamenti Konqresə BƏƏ-yə mümkün qırıcı təyyarələrin çatdırılması barədə məlumat verib, lakin o vaxt sövdələşməni yekunlaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, “F-35″ləri Amerikanın hərbi sənaye şirkəti “Lockheed Martin” istehsal edir. Onların istehsalına 2011-ci ildə başlanılıb. Döyüş təyyarələri ABŞ, Böyük Britaniya, Norveç, Danimarka, İtaliya, Polşa, Niderland, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsrailin silahlı qüvvələrində istismar edilir. Döyüş şəraitində ilk dəfə olaraq “F-35” İsrail tərəfindən 2018-ci ilin may ayında Suriyada istifadə edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25